Din
24.01.2019 / 13:30

Dini maarifləndirici tədbirlər davam edir/ FOTO

Dini maarifləndirici  tədbirlər davam edir/Bu günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində Şağlaser kəndində maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbə əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) əməkdaşı Ramin Hüccətov, Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında Şağlaser kəndinin vətən uğrunda gedən döyüşlərdə 6 şəhid verdiyini qeyd edərək tədbirdə onların ailə üzvlərinin iştirak etdiyini bildirib. O, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyindən danışıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş qəhrəman şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu bildirib. Vətənpərvərliyin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən danışan Q.Məmmədov vurğulayıb ki, keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliğidir.

Lənkəran ŞTŞ-nin əməkdaşı Ramin Hüccətov çıxışında şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu, dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunudiqqətə çatıdırıb.

Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, şəhid ailələrinin üzvləri Arif Əsədullayev, Fəxrəddin Əkbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dini maarifləndirici  tədbirlər davam edir/


Dini maarifləndirici  tədbirlər davam edir/


Dini maarifləndirici  tədbirlər davam edir/


Dini maarifləndirici  tədbirlər davam edir/




İnform.az

Baxış sayı: 244