Baş xəbər, Hüquq
24.01.2019 / 16:35

Polisin müxtəlif bölgələrdə keçirdiyi əməliiyatların uğurlu NƏTİCƏLƏRİ

Polisin müxtəlif bölgələrdə keçirdiyi  əməliiyatların  uğurluSon günlər polisin apardığı əməliyyat tərdbirləri nəticəsində ayrı-ayrı rayon və şəhərlərin müxtəlif ünvanlarında silah-sursat aşkarlanıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə:

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunan A.Şiriyevdən nömrəsi silinib, lüləsi və qundağı kəsili olan “İJ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

********

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

********

Daxil olan məlumat əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 155