Hüquq
24.01.2019 / 14:30

Polis hər yerdə narkotiklə mübarizəni davam etdirir

Polis hər yerdə narkotiklə  mübarizəni davam etdirirPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

********

Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan çəkisi 270 qram marixuana götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan tədbirlərlə narkotik vasitəni onlara satmaqda şübhəli bilinən Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov da müəyyən edilib. Görülmüş tədbirlərlə onlar saxlanılıblar.

E.Əmənovdan 235 qram, N.Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 137