Elm-təhsil
24.01.2019 / 15:30

"Dövlət qulluğu” jurnalının 1-ci sayı çapdan çıxıb

"Dövlət qulluğu” jurnalının 1-ci sayı çapdan çıxıbBu nömrədə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (03.01.2019-cu il tarixə)", “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə aid statistik təhlil (03.01.2019-cu il tarixə)”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.10.2018 – 03.01.2019)” və digər zəruri məlumatlar dərc olunub.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28



İnform.az

Baxış sayı: 160