Hüquq
24.01.2019 / 12:05

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıbYanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.




İnform.az



Baxış sayı: 98