Elm-təhsil
24.01.2019 / 10:40

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR Türkiyənin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ali Məktəbin professor müəllim heyəti və administrativ kollektivi üçün “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, təlimdə həmçinin SOCAR Türkiyənin İnsan Resursları üzrə direktoru Sibel Uğur və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təlimdən öncə Ali Məktəbin rektoru Elmar Qasımov BANM-a göstərilən diqqət və təlimin təşkilatıçılığına görə Sibel xanıma və SOCAR Türkiyənin rəhbərliyinə öz təşəkkürünü bildirib.

BANM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən S.Uğur isəbu təlimi yeni nəslin təhsilinin və təlim-tərbiyəsinin düzgün istiqamətdə təşkil edilməsinə bir töhfə kimi qiymətləndirib.
Təlim Türkiyənin tanınmış təqdimatçısı, 2013-cü ildən regionun ən böyük brendinq üzrə konfransı – “İnsanlar Brend Yaradır” konfransının yaradıcısı və kuratoru, 2006-cı ildən fəaliyyət göstərən beynəlxalq “Dinamo Consulting” şirkətinin həmtəsisçisi Evrim Kuran tərəfindən aparılıb.

Təlimdə E.Kuran iş yerində tədris edən və öyrənən nəsillər, müxtəlif illərdə anadan olmuş nəsilləri düzgün anlamağın yolları, 21-ci ərsin biliyi – təlimlərin rolu, yeni nəsillər üçün təhsilin yeni paradiqmaları, birgə təhsil, mikro təhsil, intuitiv təhsil, Y və Z (1996-cı ildən sonra anadan olanlar) nəsillərinin öyrənmə tərzinə dair rəqəmsal kontekst, digər nəsillərlə emosional ünsiyyət, Y Nəsli və iş yeri: motivasiya, qiymətləndirmə kimi mövzulara toxunub, bu sahədə illərlə bütün dünyada apardığı araşdırmalar və onların nəticələrindən bəhs edib.

Qeyd edək ki, eyni zamanda “Universum” Araşdırma və Konsaltinq şirkətinin Yaxın Şərq regionu üzrə direktoru olanE.Kuran “Teleqrafdan Tabletə” adlı kitabın müəllifidir. Onun məqalələri bir sıra milli və beynəlxalq jurnallarda və qlobal nəşrlərdə çap olunur.



İnform.az

Baxış sayı: 52