Türk dünyası, Baş xəbər
23.01.2019 / 21:00

"Rusiya ilə Türkiyə arasında əlaqələrin inkişafı Yaxın Şərqdə təhlükəsizliyə müsbət təsir göstərir"- Ərdoğan

"Rusiya ilə Türkiyə arasında əlaqələrin inkişafı Yaxın Şərqdə təhlükəsizliyə müsbət təsir göstərir"-
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün əvvəlində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə prezidentlərinin dəstəyi ilə mütəmadi keçirilən görüşlər müsbət nəticə verir. Türkiyə ilə Rusiya arasında əmtəə dövriyyəsi ötən ilin 10 ayı ərzində bütövlükdə 2017-ci ildəkindən daha çox artıb.

O, ölkələr arasında münasibətlərin yaxşılaşmasını Rəcəb Tayyib Ərdoğanın şəxsi xidmətləri kimi qiymətləndirib.

Rusiya Prezidenti deyib ki, ötən il Türkiyədə 6 milyon rusiyalı turist istirahət edib. Bu, Rusiya və Türkiyə vətəndaşlarının ölkələr arasında əlaqələrin keyfiyyətində dəyişikliyə necə münasibət bəsləməsindən xəbər verir.

O deyib: “Cənab Prezident, əziz dostum, bu, müəyyən mənada Sizin şəxsi nailiyyətinizdir, çünki Siz buna çox vaxt sərf edirsiniz”. Vladimir Putin əlavə edib ki, tərəflər ikitərəfli layihələri həyata keçirməkdə, təhlükəsizlik sahəsində və Suriya münaqişəsinin həlli istiqamətində əməkdaşlığı davam etdirəcəklər.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Türkiyə arasında əlaqələrin inkişafının Yaxın Şərqdə təhlükəsizliyə müsbət təsir göstərdiyini vurğulayıb. İki ölkə arasında bir çox sahələrdə, o cümlədən hərbi, mədəni, iqtisadi sahələrdə inkişafın müşahidə olunduğunu qeyd edən Türkiyə Prezidenti Astana Sammiti çərçivəsində keçirilən görüşlərin Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə müsbət təsirini də diqqətə çatdırıb.

Rəcəb Tayyib Ərdoğan Kerç boğazında gəmilərdə baş vermiş yanğın nəticəsində Türkiyənin həlak olan 16 vətəndaşının ailələrinə başsağlığı verib.



İnform.az

Baxış sayı: 180