İdman
24.01.2019 / 00:00

Milli komandamız Paris Premyer Liqasında

Milli komandamız Paris Premyer Liqasında
Böyüklərdən ibarət milli komandamız yeni yarış mövsümünə start verib.

Qəbələdə təlim-məşqlərin ardından 18 nəfərlik heyət, 25-27 yanvar tarixlərində Fransanın paytaxtında "Paris Open" Karate1 Premyer Liqa turnirinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Federasiyaın Media və ictimaiyyətlə işlər şöbəsindən İnform.az-a verilən məlumata görə, məşqçi heyətindən isə kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev, Anar Allahverdiyev və Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov komanda ilə bir yerdədir.

Məşqçilər əsas heyətdən əlavə bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb. Onlardan Firdovsi Fərzəliyev (- 60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə və Hümmət Baxşəliyev (üçü də -67 kq), Rafael Ağayev (-75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də -50 kq) və İlahə Qasımova (-55 kq) turnirin ilk günü, Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) isə şənbə günü mübarizəyə qalıtacaq. Medallar uğrunda həlledici görüşlər bazar günün keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seyirasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaq. İdmançılarımızın çıxışından nəticələr yarış salonundan canlı təqdim olunacaq.


İnform.az

Baxış sayı: 226