Hüquq
23.01.2019 / 18:30

Oğurluğa cəhd edən şəxs saxlanılıb

Oğurluğa cəhd edən şəxs saxlanılıbYanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Aslanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.







İnform.az


Baxış sayı: 202