Hüquq
23.01.2019 / 18:15

Axtarışda olan Hacıqabul sakini saxlanılıb

Axtarışda olan Hacıqabul sakini saxlanılıbHacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Abbas Hətəmov saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, eyni zamanda, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail Əliyev isə Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.




İnform.az

Baxış sayı: 232