Baş xəbər, Hüquq
23.01.2019 / 18:00

Vətəndaşlara dəyən maddı ziyan qaytarılıb

Vətəndaşlara dəyən maddı ziyan qaytarılıbSiyəzən Rayon Polis Şöbəsinin şəxsi heyəti 2018-ci il ərzində qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirərək, rayon ərazisində əməliyyat şəraiti və kriminogen durumu bütövlükdə tam nəzarətdə saxlayıblar.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İnform.az-a verilən məlumata görə, ötən il Polis Şöbəsində 76 cinayət işi qeydə alınıb, onlardan 75-nin açılması təmin olunub. 38 cinayət işi üzrə 22 təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeydə alınancinayət hadisələri nəticəsində vətəndaşlara dəymiş 31.677 manat maddi ziyanın 29.000 manatı zərərçəkmişlərə ödənilmiş, ödəmə 91.5 faiz təşkil edib.
Bundan əlavə polis əməkdaşları tərəfindən inzibati xəta sayılan xırda talamalarla bağlı müvafiq inzibati tədbirlər həyata keçirilib. Polis Şöbəsinə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama xətası barədə 101 xırda talama faktı daxil olan, 63-nün açılması təmin edilib. Xırda talamalarla vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi üzrə göstərici 70.9 faiz təşkil edib. Bağlı qalan xətaların açılması istiqamətində zəruri tədbirlər davam etdirilir.



İnform.az



Baxış sayı: 207