Hüquq
23.01.2019 / 17:40

Narkotik istifadəçisi, həm də satıcısı yaxalanıb- Balakəndə

Narkotik istifadəçisi, həm də satıcısı yaxalanıb-Balakən RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunan Mehman Umudov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunan Ramazan Bayramov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.




İnform.az

Baxış sayı: 119