Baş xəbər, Sosial
23.01.2019 / 17:35

Xəyalalrım vardı, parklarda doğulan... VİDEO

Xəyalalrım vardı, parklarda doğulan...
Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən təhsil almaq istəyirəm, ərə getmək yox!” adlı maarifləndirmə layihəsinə başlayıb.

İnform.az kult.az-a istinadən xəbər verir ki, layihənin məqsədi ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyanı bölgələrdə - Lerik, Lənkəran, Astara və Cəlilabad rayonlarında, xüsusilə də həmin regionların orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etməkdir.

Təlimlərdə hədəf yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikahların qarşısının alınması məqsədi ilə bir çox müsbət dəyişikliklər edilib. Azərbaycan BMT-nin Uşaq Konvensiyasını ratifikasiya etdikdən sonra, uşaq həddinin 18 yaş olduğunu qəbul etdiyi üçün, habelə Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən evlilik yaşı hər iki cins üçün 18 yaşdan tez olmamaq şərti ilə dəyişiklik edilib. Bəzi hallarda istisna olaraq, bu yaş yerli icra hakimiyyətinin razılığına əsasən 17 yaş ola bilər.





İnform.az

Baxış sayı: 340