Hüquq
23.01.2019 / 17:30

Narkotik vasitələr aşkar edilərək götürülüb

Narkotik vasitələr aşkar edilərək götürülübPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan narkotik vasitə olan heroin götürülüb.
Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan narkotik vasitə olan heroin və elektron tərəzi, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan Köhünlü kənd sakini Ənvər Mikayılovdan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.





İnform.az

Baxış sayı: 198