Hüquq
23.01.2019 / 17:18

Keçmiş məhkumlar yenə dinc durmadılar...

Keçmiş məhkumlar yenə dinc durmadılar...Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilə məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunanlar Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini Pənah Cəbiyev saxlanılıblar.
DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.





İnform.az

Baxış sayı: 157