Hərbi
23.01.2019 / 17:15

Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüblər

Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüblərAzərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.
Bu barədə İnform.az-a MN-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.



İnform.az

Baxış sayı: 210