Elm-təhsil
23.01.2019 / 17:00

Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyinin ekspozisiyaları ilə tanış olublar/ FOTO

Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyinin ekspozisiyaları ilə tanış olublar/
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyini ziyarət ediblər.
Burada qonaqlara bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılıb və milli mədəni dəyərlərimizin qorunmasında, təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində xüsusi rolu var.
Bölmənin İnformmasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, muzeydə arxeoloji qazıntılar zamanı aşkarlanan müxtəlif dövrlərə aid daş əmək alətləri, daş çəkiclər, baltalar, həvəngdəstələr, o cümlədən Eneolit, İlk Tunc və Dəmir dövrünə aid keramika məmulatları, saxsıdan və gildən hazırlanmış duz qabları və digər eksponatlar nümayiş etdirildiyi qeyd olunub.
Daha sonra bölmə əməkdaşları muzeyin ekspozisiyasına baxış keçiriblər.

Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyinin ekspozisiyaları ilə tanış olublar/




İnform.az

Baxış sayı: 220