Elm-təhsil
23.01.2019 / 15:45

Gənc alimimiz İtaliyada ezamiyyətdə olub

Gənc alimimiz İtaliyada  ezamiyyətdə olubAzərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutnun “Bionanostrukturlar fizikası” laoboratorıyasının kiçik elmi işçisi Teymur Orucov İtaliyanın Parma şəhərində ezamiyyətdə olub.
Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ezamiyyətdə məqsəd FTİR cihazı üzrə təlim keçmək olub.
Təlim IMEM- CNR Institutu və Parma Universitetində təşkil olunub.
Bir həftəlik ezamiyyət müddətində T.Orucov təcrübələr aparıb və nəticələrin müzakirəsində fəal iştirak edib.
Ezamiyyət NATO-Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsi tərəfindən elan edilmiş müsabiqədə qalib olmuş 3 illik (2018-2021-ci illər üçün) layihə (“İnsanın iştirakı olmadan partlayıcı aşkarlamaq üçün portativ sensorlar”) çərçivəsində təşkil olunub.




İnform.az

Baxış sayı: 485