Elm-təhsil
23.01.2019 / 15:15

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

 “Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunubDövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çox seçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.
Mərkəzin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamalrayonu, M.Müşfiqküçəsi, 1M;

Bakı şəhəri, NəsimirayonuA.Salamzadəküçəsi, 28.




İnform.az


Baxış sayı: 258