Hərbi
23.01.2019 / 14:10

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb/ FOTO

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb/
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb/




İnform.az

Baxış sayı: 256