Baş xəbər, Sosial
23.01.2019 / 14:05

“2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

“2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, həmin şəxslərədiqqət və qayğının artırılması üçüntəbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır.
Sənəddə həmçinin qeyd olunan şəxslərarasında idman tədbirlərinin təşkil edilməsi, habeləonların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi yardımların göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yönələn bir sıra layihələrin həyata keçirilməsi, sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi və s. tədbirlər də əksini tapır.
Proqrama əsasən 2019-cu ildə Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.



İnform.az

Baxış sayı: 340