Baş xəbər, Siyasət
23.01.2019 / 14:00

Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



İnform.az

Baxış sayı: 312