İqtisadiyyat
23.01.2019 / 12:20

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?- -“Əmlakın qeydiyyatı kalkulyatoru” ilə öyrən

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?-Daşınmaz əmlaklarını dövlət qeydiyyata almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var.
Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.
Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən mılumata görə, artıq 20 mindən çox ölkə vətəndaşı, fiziki və hüquqi şəxstərəfindən informativ elektron xidmətə müraciət olunub.
Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır.
“Əmlakın qeydiyyatı kalkulyatoru”-nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlak haqqında tələb olunan xüsusiyyətləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun rəqəmi əldə edə bilər.
Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakın qabaqcadan qeydiyyatı, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür.
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 13-cü elektron xidmət olan “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər.
Daşınmaz əmlakınqeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi xidmətlər barədə məlumatlandırmanın aparılması, prosedurlarınsadələşdirilməsi, operativ xidmətlərin göstərilməsi vətəndaşların bu prosesə marağını artırır.



İnform.az


Baxış sayı: 281