Maraqlı
23.01.2019 / 10:35

Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../ FOTO

Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../
Bir təbəssüm insanlara qarşı düşüncələrimizi necə dəyişir?
Fotoqraf Jay Weinstein 2013-cü ildə Hindistanın Rajasthan çöllərinə səyahət edir və orada maraqlı bir hadisə yaşayır.

İnsanlara münasibətinə təsir edən bu hadisəni Weinstein daha sonra bu cür izah edir: " Adamla dolu sıx qatar stansiyasının yanında fotoşəklini çəkmək istədiyim bir nəfər gördüm. Tərəddüd etdim. Gözünün içinə baxdım…baxdım və sərt görünüşü gözümü qorxutdu. Fotonu hər zaman öldürən o tərəddüd anıdır. Ondan uzaq durmağa və digər insanları çəkməyə qərar verdim. Həmin adamın şən bir səslə "Mənim də fotomu çək!”dediyini eşidənə qədər”.

Weinstein, kameranın linzasını ayarlayır. Düyməyə basır və qəhrəmanına "gülümsə" deyir. O an həmin insanın tamamilə fərqli bir insana çevrildiyini görür. Adamın üzü işıq saçır, gözləri parlamağa başlayır. Hətta onun duruşu belə dəyişir. Weinstein növbəti fotoşəkil seriyasını bu mövzuda işləməyə qərar verir.

Bir əcnəbinin üzündəki gülümsəmənin qoyduğu təsiri sənədləşdirmək istəyir. Jay Weinstein bu seriya çərçivəsində kamerasının qarşısına keçən saysız "əcnəbi" dən gülümsəməsini istəyir. Qarşısına çıxan insanların gülmədən öncə və gülümsədikdən sonra fotoşəkillərini çəkir.

Belə nətiəcəyə gəlir: "Əcnəbilərə və bütün insanlara münasibətimizi bir təbəssümlə dəyişə bilərik. Onların bizə münasibətini də bir gülümsəməylə dəyişmək olar. Adlar yoxdur, peşə yoxdur, dini, irqi, etnik mənsubiyyət yoxdu. İnsanı təsirə salan həyat dərsləri, ürək titrədən xatirələr yoxdur. Yalnızca, bir insan üzü var-gülümsəyən və gülümsəməyən”.

Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar.../


qadinkimi.com

Baxış sayı: 80