Ədəbiyyat
23.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=37972

Səlma da eyni hərəkəti edərək içəri girdi.
Kitab kartotekasına yaxınlaşıb özünə lazım olan kitabları axtarmağa başladı. Siyahını yazıb kitabxanaçı qıza verib oxu zalına keçdi
.
Bu gün nəsə oxuya biləcəyinə inanmırdı. Fikri çox qarışmışdı, nə düşünəcəyini belə bilmirdi.
Kitablar gəldi, bir-bir səhifələməyə başladı. Hərflər gözü önündə sanki rəqs edirdilər.
Kənanın baxışları sətirlərin arasından ona baxırdı. Heç nə oxuya bilmirdi. Bildiyi tək şey sevməkdən qorxması idi.
Amma bu qorxu boşuna deyildi. Hisləri onu yanıltmırdı. Amma yenə özünü aldatmağa çalışır, inanmaq, sevmək istəyirdi...
Lakin bu sual onu rahat burxmırdı:"görəsən bu sevgi onlara nələr yaşadacaq?.."
Hec nə oxuya bilməyəcəyini görüb kitabxanadan çıxmağı qərara aldı.
Kitabları təhvil verib zaldan çıxdı. Kitabxananın pillələri ilə endi. Asta addımlarla irəlilləmək istəyirdi ki, birdən kimsə qolundan yapışdı, diksindi.
- Dəniz gözlüm hara gedir?
Kənan idi.
- Kənan? Bəs siz getməmisiniz?
- Xeyr, çünki bilirdim ki, tez çıxacaqsınız.
- Hm, qəribədir...
- Yaxşı, yaxşı, mən falçı deyiləm ha, sadəcə, təcrübə bunu deyir.
Kənan güldü, Səlma da ona qoşuldu.
- Etirazsız, filansız bizə gedirik.
Kənan elə ərklə bu sözü dedi ki, Səlma etiraz edə bilmədi. Maşına oturdu. Kənan radioyaya səs verdi. “Məni axtar darıxanda” parçasını eşidəndə əməlli başlı dondu. Kənan onun bütün ürəyindən keçənləri sanki öyrənmişdi. Qəribədir, o hardan bilirdi, Səlmanın bu parçanı hər gün dəfələrlə dinlədiyini?
Məni axtar darıxanda,
Gözlərin yaşla dolanda...
Səlmanın gözləri yenə yaz buludu kimi dolmuşdu. Amma niyə dolduğunu anlamaq istəyirdi. Sevincdənmi, Kənanı itirmək qorxusundanmı?
Bilmirdi.
Tək bildiyi Kənana bağlanıb sonra bu sevgi hekayəsinə nöqtə qoylacağından qorxması idi.
- Hə, dəniz gözlüm, nə oldu yenə doldun?
- Heç, elə-belə. Kənan, mənim bu mahnını sevdiyimi hardan bilirsən?
Kənan sanki bunun bir təsaduf olduğunu demək istəsə də, bacarmadı. -Bunu bilmək çətin deyil ki? Səhifənizdə dəfələrlə paylaşmısınız. İnsan sevmədiyi mahnını paylaşarmı? Sizin zövqünüzü artıq bilirəm, - deyə qımışdı.
- Hə, gəlib çatdıq. Kənan əlindəki pultla darvazanı açdı.
- Bu da mənim kasıb komam .
- Hmm, kasıb haa...
Maşını həyətə saldı. Möhtəşəm bir villanın qarşısında dayandılar.
- Dəniz gözlüm, artıq bu ev sənin sayılır...
“Hm, bu ev sənin sayılır. Sözə bax ha!”
Səlma bunların həqiqət olmadığını hiss etsə də, yenə öz yalançı hislərinə qulaq asmaq istəyirdi. Çünki yalan olsa da, çox şirin idi.
- Mənim? Mənim niyə, Kənan? Sənin gələcəyin qarşıdadı. Bu ev sənə və gələcək həyat yoldaşına aid ola bilər, mən kiməm ki, sadəcə tanışın.
- Səlma, sus. Sən mənim tanışım deyilsən. Sən mənim xəyallarımın qadınısan. Mən sənsiz dura bilmirəm. Səni görməyəndə boğuluram. Sabahlara kimi şəkillərinlə danışıram. Sən mənimsən, son nəfəsimədək elə mənim olacaqsan. Biz mütləq evlənəcəyik, - deyə Kənan Səlmanı qucaqladı,-
mən ölərəm, sənsiz yaşaya bilmərəm, dəniz gözlüm.
Qəribəydi, Səlma sakitcə dayanmışdı, Kənanın qolları arasından çırpınıb çıxmağa çalışmırdı. Özündən asılı olmadan başını Kənanın sinəsinə qoyub hıçqırmağa başladı.
Kənan onu daha möhkəm qucaqlayıb:
- Dəniz gözlüm, sakit ol, artıq mən varam, - deyə sakitləşdirmək istəsə də, Səlma daha ucadan ağlamağa başladı.
- Kənan, bütün bunlar gerçəkmi, inanımmı sənə? Yox, bu gerçək ola bilməz. Yox, bu, sadəcə, sənin hislərindi, sən, sadəcə, mənə bağlanmısan, vəssalam.
- Gülüm, bu nə deməkdir? Mən səni sevirəm. İstəsən, bax indi qışqırdım, hamı eşitsin. Mən sənə aşiqəm, Səlma! Məni səndən yalnız ölüm ayırar, bunu bil.
Kənan Səlmanı qucaqladı, pillələri qalxmağa başladılar.
- Gəl, dəniz gözlüm, gəl sultanım, artıq bu malikanə sənindir.
Üçüncü mərtəbəyə qalxdılar. Kənan otaqları Səlmaya göstərmək istəyəndə:
- Lazım deyil, Kənan, lazım deyil. Bu evin mənə heç bir aidiyyatı yoxdur, - deyib salondakı divanda oturdu. Kənan onun qarşısında oturub başını Səlmanın dizinə qoyaraq:
- Ömrüm, mən sənsiz boğuluram, sənsiz nəfəs ala bilmirəm, həyatım. Mən şəninə, bunu unutma.
Səlma yenə ağlayırdı…
- Kənan, sus, sus, inanmıram, heç nəyə inanmıram.
Kənan qalxıb:
- Ömrüm, gözlərimə bax, - deyərək onun üzünü əllərinin arasına alıb tumarlamağa başladı. Sən mənimsən, - deyib Səlmanı qucaqladı. O isə yenə səssizcə, heç bir hərəkət etmədən donmuş vəziyyətdə idi.
Kənan onu dəlicəsinə öpməyə başlayanda belə yenə tərpənmədi. Kənan birdən ayağa qalxaraq onu qucağına aldı.

Xəyallarımın qadını

- Sakit ol, Kənan, yetər!-deyə çabalasa da Kənan heç nə eşitmirmiş kimi onu yataq otağına apardı.
- Kənan, Kənan, bu mümkün deyil, mən sənin ola bilmərəm, mən, mən…-desə də, Kənanın güclü qolları arasından qurtulmağın asan olmadığını anladı.
Əslində, Kənanın olmaq onun ən böyük arzusu idi. Gözlərini yumdu, artıq heç nə düşünmürdü. Xoşbəxt idi, özünü aldatsa belə, xoşbəxt idi. Kənan onun xəyalları idi.
Kənansa:
- Sən mənim xəyallarımın qadınısan, dəniz gözlüm, səni sevirəm, - pıçıldayaraq Səlmanı öpüşlərə qərq edirdi.
Səlma xoşbəxt idi, olduqca xoşbəxt idi. Özünü röyalardaymış kimi hiss edir, bu röyadan oyanmağa qorxurdu.
Qorxurdu, hər şeyin bir anda məhv olacağından qorxurdu. Gözlərini yummuşdu. Elə bilirdi ki, gözlərini açsa, hər şey alt-üst olacaq.
Kənan Səlmanın gözlərinə baxaraq:
- Dəniz gözlüm, bu gözlərin dəriliyində ömürlük batmaq istəyirəm. Bu səadəti mənə çox görmə, - deyərək oxşayırdı. Səlma ilk dəfə Kənana:
- Mən də sənsiz yaşaya bilmirəm, etiraf edə bilərəm, mən də səni sevirəm, məni tək qoyma.
Kənan:
- Ömrüm, həyatım, bu sözlərinlə məni daha da xoşbəxt etdin, qadınım, sultanı, -deyə yenidən Səlmanı öpməyə başladı.
Axşamın nə vaxt düşdüyündən xəbərləri olmadı.
Səlma gözlərini açanda Kənanın oturub ona baxdığını gördü.
- Ömrüm, sən yatanda körpələşirsən, -Kənan pıçıldadı.
Səlma artıq bu andan etibarən ona-Kənana aid idi.
- Acmısanmı, çiçəyim?
Səlma nazlandı.
- Aha, çox acmışam.
- Ay Allah, balam açıb, - deyə Kənan Səlmanı özünə tərəf çəkdi:
- O zaman qalxırsan, gedirik şam etməyə.
- Amma gözləməli olacaqsan.
- Olsun, son nəfəsimədək səni gözləməyə hazıram, çiçəyim mənim.
- Mənə çiçəyim, gülüm demə, həyatım, çünki onlar sadəcə ətir saçmağa yaxşıdırlar, ömürləri də az olur. Mənsə həyatdan hələ doymamışam, solmaq istəmirəm, -deyə Kənana qısıldı.Və birdən:
- Qalxıram, - deyib qəfildən onu itələdi,
- qaç görüm o tərəfə, imkan ver durum.
Kənansa onu qıcıqlandırmaq üçün yenidən bağrına basdı.
- Bəsdi, həyatım, burax, -deyə nazlandı.
Ayağa qalxıb vanna otağına gedərkən:
- A… a, mənim xalatım, filanım yoxdu.
- Ay dəlim, sən məni o qədərmi diqqətsiz bilirsən? Sənin adına hər şey almışam.
Səlmanın əlindən tutub qarderob otağına aparanda Səlma çaşdı. Sıra ilə düzülmüş hamam xalatları, tərliklər, paltarlar, ayaqqabılar. Çox qəribə idi. Kənan onun bədən, ayaq ölçülərini bilmədən almışdı hər şeyi.

Xəyallarımın qadını

- Kənan, Kənan...Sən niyə belə edirsən axı? Bəlkə aldıqların heç əynimə olmayacaq, və ya bəyənməyəcəm?
- Ha, ha, ha, ola bilməz. Çünki sənin zövqünü mən gözəl bilirəm. Haydı, indi bu paltarlar, bu da sən, nə edirsən, özün bil.
Kənan onu öpüb otaqdan çıxdı.


Ardı var...

Baxış sayı: 294