Hüquq
22.01.2019 / 11:50

Evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblarYanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, müraciətlə əlaqədar ərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunanlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.

İstintaq və əməliyyat tədbirləri aparılır.



İnform.az


Baxış sayı: 152