Dünya, Hüquq
22.01.2019 / 11:30

Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar

Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

İnform.az “Report”un məlumatına istinadən bildirir ki, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı avtomobil oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.

Qeyd edək ki, məlumatlara əsasən, son bir ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.




İnform.az

Baxış sayı: 214