Sosial
21.01.2019 / 16:00

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!- Diqqətli olun, duman olacaq!

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!-Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Agentliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək.

Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

Eyni zamanda, piyadalardan xahiş edirik ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.



İnform.az

Baxış sayı: 211