Baş xəbər, Sağlamlıq
21.01.2019 / 18:00

AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb/

AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb/
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmanin və qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmaninə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Q. Təhməzli mübadilə proqramları çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş çərçivəsində FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmanin qarşılıqlı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, 1995-2015-ci illərdə Azərbaycanda FAO tərəfindən 23 layihənin həyata keçirildiyini, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını bildirib.

AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb/


AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb/





İnform.az

Baxış sayı: 244