İqtisadiyyat
21.01.2019 / 14:00

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsinvaxt itirmədən prosesə qoşulması təmin edilir.

Açıq və şəffaf həraclarda tətbiq olunan elektronlaşdırmavətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir.

Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarınıolduğu yeri tərk etmədənonlayn formada həyata keçirməsinə şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investorlar və vətəndaşlar üçün yaradılan rahat iştirak mühitində növbəti hərraclardan biri19 fevral tarixində keçiriləcək. Budəfəkiözəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var.

Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, yardımçı təsərrüfatlar, əmlak kompleksləri və digər obyektlər aiddir.

Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.marasındadır. Fəaliyyətinin bərpası və ya başqa iqtisadi sahə üzrə yenidən qurulması iləinvestorayüksək gəlir qazandıra biləcək əmlaklardan biri paytaxtın Mərdəkan qəsəbəsindəki restorandır. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 1743.9 kv.m-dir.Şəmkirdə yerləşən yun tədarükü məntəqəsinin ümumi faydalı sahəsi 3312kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması dövlət əmlakının iqtisadi potensialını artıran göstəricilərdən biridir.

Fərqli xidmət sahələri üzrə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün uyğun imkanlar yaradan qeyri-yaşayış sahələrindən 5-i Sumqayıtda digərləri isə paytaxt rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14 kv.m və 1612 kv.marasındadır.

Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış obyekti Yasamal rayonu, 613-cü məhəllə, M.Muxtarov küçəsindədir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə əmlaklar sırasında “Azinterservis”, “Sabirabad İnşaat Sənaye”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətləri var.

Qeyd edək ki, budəfəki hərracdainvestorlarpaytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketlərini özəlləşdirə bilər.

Dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır


Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır




İnform.az

Baxış sayı: 205