Türk dünyası
21.01.2019 / 12:17

Polis əməkdaşlarına xüsusi xidməti smartfonlar veriləcək- Daşkənddə

Polis əməkdaşlarına xüsusi xidməti smartfonlar veriləcək-
Daşkənd daxili işlər orqanlarının yol-patrul xidmətlərinin əməkdaşlarına və inspektorlara 300 xüsusi xidməti smartfon veriləcək.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da vətəndaşın şəxsiyyətini müəyyənləşdirmək üçün sahə müvəkkilliyinə aparılmasına son qoyulacaq. Artel smartfonlarına şəxsiyyətin müəyyən olunması üçün bütün məlumatlar (həbsdə, axtarışda olub-olmaması, itkin düşməsi və s.) daxil ediləcək.

Teleqramın analoqu olan “Minor” messenceri vasitəsilə hadisə yerindən fotoşəkilləri, audio və videofaylları lazımi ünvana göndərmək mümkün olacaq.




İnform.az

Baxış sayı: 44