Baş xəbər, Sosial
21.01.2019 / 11:45

Bu yolda hərəkə məhdudlaşdırılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yolda hərəkə məhdudlaşdırılır-
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Bu barədə İnform.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.




İnform.az

Baxış sayı: 262