İqtisadiyyat
21.01.2019 / 12:05

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası H.Z.Tağıyev qəsəbəsində

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini müxtəlif kampaniyalar ilə səyyar şəkildə kənd və qəsəbə sakinlərinə təqdim etməkdədir.

Xidmətləri birbaşa vətəndaş ünvanlarına aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyasıbu həftəSumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində keçiriləcək.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yaralanması üçün H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi (21 saylı Mənzil İstismar Sahəsinin qarşısı) ünvanında mobil ofis fəaliyyət göstərəcək.

Qəsəbə sakinləri21-25yanvar tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərin istifadə etmək üçün müraciət edə bilər.

Sosialəhəmiyyətli bu kampaniya vətəndaşların mülkiyyət hüquqlarındanəlçatan formada istifadəsinə şərait yaratmaqla yanaşı, müxtəlif kənd və qəsəbələrdə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır.

Birbaşa ünvanlarda göstərilən keyfiyyətlixidmətlər ilə vətəndaş məmnunluğu və rahatlığı təmin edilir.




İnform.az


Baxış sayı: 255