“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, şirkətinAzərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin Təhlükəsizlik üzrə regional meneceri Nikolay Rotar vəAparıcı sahə mühəndisi Emilya MəmmədovaBANM-ın rektoru Elmar Qasımov və digər məsul əməkdaşları ilə görüşüblər.
Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov cənab Qreiq Rasel Lindsay BANM-ın tələbələrinə olan diqqətini yüksək qiymətləndirib və bu əməkdaşlığı gənclərin inkişafına verilən dəstək olduğunu bildirib.
Görüş zamanı əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr edilib.
Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən “Baker Hughes, a GE company” şirkətinin rəhbərinin və əməkdaşlarının Ali Məktəbin tələbələrinə seminarlar keçməsi qərara alınıb. Həmçinin şirkətdə BANM tələbələrini istehsalat təcrübəsinin təşkil olunması və məzunların işə qəbulu dəqiqləşdirilib. Bu istiqamətdə koordinator Ali Məktəbin məzunu, hazırda şirkətin Aparıcı sahə mühəndisi Emilya Məmmədova təyin olunub.
“Baker Hughes, a GE company” şirkətinin rəhbəriSağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə təlimlərinin də artıq bundan sonra BANM-da keçirmək niyyətində olduğunu bildirib.
Sonra nümayəndələr Ali Məktəbin laboratoriyaları və əzəmətli Konqres zalı, Senat zalı ilə tanış olublar.
İnform.az
Baxış sayı: 60

Digər xəbərlər:

Bakı Ali Neft Məktəbində Halliburton Günü keçirilib-
05 noyabr / 10:40
Qlobal qazma şirkəti MHWirth Bakı Ali Neft Məktəbində olub
02 noyabr / 11:15
Bakı Ali Neft Məktəbində İsveçrə səfiri ilə görüş olub
29 oktyabr / 11:45
Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir
15 oktyabr / 10:38
Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir
11 sentyabr / 10:36
BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır
07 sentyabr / 09:40
Bakı Ali Neft Məktəbinin tələbələri Baker Huges-da fəaliyyətə başlayırlar-
25 may / 10:35
BANM-ın tələbələri Kompleks Qazma İşləri Trestində işləyəcək
12 aprel / 17:08
BANM və EY arasında razılaşma imzalanıb
10 aprel / 10:25
BANM-in tələbələrini SOCAR UPSTREAM mükafatlandırdı
28 sentyabr / 13:15