Diaspora Akademiyası
19.01.2019 / 19:05

Diaspor təşkilatları 20 Yanvar faciəsinə beynəlxalq hüquqi qiymət verilməsini tələb edirlər

Diaspor təşkilatları 20 Yanvar faciəsinə beynəlxalq hüquqi qiymət verilməsini tələb edirlər
Avropa Azərbaycanlıları Konqresi Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri ilə bağlı bəyanat verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, Bəyanat Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə ünvanlanıb.

Bəyanatda bildirilir ki, XX əsrin ən dəhşətli cinayətlərindən olan 20 Yanvar hadisələri zamanı beynəlxalq hüququn tələbləri kobudcasına pozulub, yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Avropada yaşayan azərbaycanlılar 20 Yanvar hadisələrinin, insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə və cinayətkarların cəzasız qalmayacaqlarına ümid edir.



İnform.az

Baxış sayı: 48