Diaspora Akademiyası
21.01.2019 / 10:20

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Iraq mətbuatında dərc olunub

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Iraq mətbuatında dərc olunub
[b]İraqın Samar News Beynəlxalq Xəbər Agentliyi, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanları” sərlövhəli məqaləsi yayılıb.[/b]

Müəllif, Azərbaycanda hər il yanvar ayında "Qara Yanvar" faciəsinin ildönümünü qeyd edildiyini bildirib.

Birlikdən [b]İnform.az[/b]-a verilən məlumata görə, o, millətin sərvətlərini talamağa və təbii resurslarını ələ keçirmək və xalqları alçaltmağa cəhd edən müstəbid qəddar hakimiyyətlərin əlindən uzaq, öz müqəddəratını təyin etmək istəyən dünyanın digər azad xalqları kimi Azərbaycan xalqı da azadlıq və ləyaqətli həyat uğrunda qətlə yetirildiyini diqqətə çatdırıb.

S. Nəsirov yazır ki, 1990-cı ildə Şərqi Avropa, Orta Asiya, Pribaltika və Qafqaz ölkələrində dəyişiklik küləkləri əsəndə “dəmir yumruq” sistemi də çökməyə başladı. Yanvarın iyirmisinə keçən gecə Sovet qoşunları paytaxt Bakı küçələrinə axışmış və Azadlıq meydanında Sovet İttifaqından azad olmağı və müstəqilliyi tələb edən silahsız insanlara qarşı vəhşi və qanlı hücum həyata keçirdi. Sovet Qüvvələri dağılmaqda olan kommunizm rejimini qorxu və istibdad siyasətinin köməyi ilə xilas etmək üçün uğursuz cəhd etdi. Kreml rəhbərləri 1922-ci ildən bəri hakimiyyətləri altında olan sakinlərə qarşı 70 il bir dövrdə bu siyasəti tətbiq edirdilər.

Sovet qoşunları Sovet İttifaqının tərkibində olan başqa dövlətlərin əhalisinə etmədikləri qəddar ifrat gücü Azərbaycanın müsəlman əhalisinə qarşı tətbiq etdilər.

Diaspor rəhbəri qeyd edir ki, Misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Haqq əl-Murr” (Acı həqiqət) kitabında bu hadisələri şərh edərkən qeyd etdiyi sözünü xatırlayıram: “Pribaltika dövlətlərinin - Estoniya, Latviya və Litvanın və Sovet İttifaqının digər qeyri-müsəlman xalqları azadlıqlarını və öz müqəddəratlarını təyin etməyi tələb edəndə heç bir əzaba məruz qalmadılar. Onlarla yaxşı davrandılar və onlara azadlıq və müstəqillik verdilər. Lakin müsəlman Azərbaycan xalqı özünün qanuni haqqını tələb edəndə onları qırdılar və qətl etdilər”.

Bu, açıq-aydın ədalətsizlikdir, ikili standartlardır və xalqları inanclarına görə sıralayır.


Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verərək vurğulayır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır.

Qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.



[b]İnform.az
[/b
]

Baxış sayı: 91