Gündəm, Siyasət, Qarabağ
31.07.2015 / 16:58

Fikrət Sadıqov: "Azərbaycan Qarabağı qaytaracaq gücdədir"

Fikrət Sadıqov: "Azərbaycan Qarabağı qaytaracaq gücdədir"

“Azərbaycanın güclənməsi bir çox dairələri qıcıqlandırır”

ATƏT-in Minsk qrupunun və digər beynəlxalq nümyəndələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair irəli sürdükləri “təklif mesajları” səmimi qəbul olunmur. Buna paralel olaraq, bir çox ekspertlər Dağlıq Qarabağın azad edilməsi üçün müəyyən şəraitin yetişdiyini iddia edirlər. Belə ki, verilən təhlillərə görə, Azərbaycan işğalçı Ermənistanı iqtisadi, sosial, siyasi cəhətdən dəfələrlə üstələyib və bir çox beynəlxalq layihələrdə iştirakçı kimi öz haqlı tələblərini diqtə etmə şansına malikdir. Bundan çıxış edərək, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün şərait və şansın yetişdiyi qeyd olunur.
Politoloq Fikrət Sadıqov, İnform.az bildirib ki, həmsədrlərin regiona olan səfərləri, eləcə də, Azərbaycan-Ermənistan prezidentlərinin sentyabra nəzərdə tutulan görüşü ilə bağlı səslənən mülahizələr regionda müəyyən bir canlanmanın yarandığını ortaya qoyub. Lakin bu, hazırki məqamda torpaqların işğaldan azad olunması ilə bağlı münbit şərait və şansın yaranması üçün yetərli deyil.

F.Sadıqovun sözlərinə görə, problemin həlli bir çox hallarda həmsədrlərin özündən asılıdır. “Lakin böyük dövlətlər, məsələn ABŞ Azərbaycanın probleminə ədalətli yanaşmır. Digər münaqişələrdə daha aktiv mövqe tutsalar da, Qarabağ məsələsində bizi, işğalçı Ermənistanla bərabər səviyyədə tutur. Ona görə də bizim diplomatik addımlarımz hücumedici olmalıdır və bu məsələdə Rusiyadan dəstək almalıyıq”.
Politoloq bildirdi ki, bu gün Ermənistan regionda təxribatçı qüvvə kimi istifadə olunduğuna görə, beynəlxalq aləmdən ona dəstək var. Bu da münaqişənin həllinə mane olan əsas səbəbdir. “Bu qüvvələr Ermənistanı Türkiyəyə, Azərbaycana qarşı istifadə etmək istəyirlər. Digər tərəfdən Azərbaycanın güclənməsi bir çox dairələri qıcıqlandırır. Çünki Azərbaycan regionda güc amili kimi gündəmə gəlir. Bu gün Türkiyədə baş verənlər “böyük oyunların” nəticəsidir və bizi də belə vəziyyətə gətirmək üçün təxrbatlara çəkmək istəyirlər. Ona görə də Azərbaycan cox incə diplomatiya aparmalıdır”.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 608