Elm-təhsil
18.01.2019 / 18:10

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin anım mərasimi keçirilib/ FOTO

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin anım mərasimi keçirilib/
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə institutun “Təhsil” şöbəsinin müdiri, r.e.d., professor Ədalət Axundov açaraq 1990-cı ildə baş vermiş hadisələri tədbir iştirakçıları ilə bölüşüb.

O, çıxışında həmin qanlı gecənin milli iradəmizin şanlı-şərəfli bir salnaməsi, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını isə xalqımız üçün müqəddəs and yeri olduğunu qeyd edib.

Sonra “Funksional analiz” şöbəsinin müdiri, f-r.e.d., professor Həmidulla Aslanov, Qarabağ müharibəsi veteranı, “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Telman Qasımov, “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, f.-r.e.n, dosent Əli Babayev öz fikirlərini bölüşərək qanlı yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədiyini, əksinə şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını vurğulayıblar.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, xalqın igid övladı – şəhid Yusif Sadıqovun fədakarlığı məhəbbətlə xatırlanıb. Onun və bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla anılıb və bir dəqiqəlik sükutla yad edilib.

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin anım mərasimi keçirilib/



İnform.az

Baxış sayı: 143