İqtisadiyyat
18.01.2019 / 17:35

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihənin icrası müzakirə edilib/ FOTO

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihənin icrası müzakirə edilib/
Energetika Nazirliyində Asiya İnkişaf Bankı, məsləhətçi şirkət və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə İşçi Qrupunun ilk iclası keçirilib.

Bu barədə İnform.az-a nazirliyin Mətbuat xidmətindən məlumata verilib.

Məlumata görə, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov üzən günəş paneli ilə bağlı ölkədə ilk dəfə həyata keçirilənbu layihəni AİB ilə əməkdaşlığın uğuru kimi qiymətləndirib.

Layihə çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik fotovoltaik sistemin quraşdırılacağı və bu layhənin 2020-ci ildə başa çatdırılmasının planlaşdırıldığını qeyd edib.

Tədbirdə pilot layihə üzrə AİB tərəfindən təqdim edilmiş “Yaddaş Qeydi” barədə məlumat verilib.Məsləhətçi şirkət tərəfindən layihənin icrası ilə bağlı ilkin hesabatın hazırlanaraq təsdiq edildiyi, layihəninətraf mühitə təsirlərinin öyrənilməsi məqsədilə qiymətləndirmələr aparıldığı diqqətəçatdırılıb.

Bildirilib ki, AİB ilə “Azərişıq” ASC arasında35 kV-luq “Koroğlu” yarımstansiyasına qoşulma imkanları müzakirə edilib və bu məqsədlətexniki şərtin alınmasıüçün müvafiq prosedurlara başlanılacaq.

Bundan başqa,layihənin ikinci komponenti kimi tarif və siyasətin qiymətləndirilməsi çərçivəsində “Azərenerji” ASC tərəfindən proqnozlaşdırılan elektrik enerjisi istehsalı gücü və tələbatı ilə bağlı məlumatların AİB-ətəqdim edilməsinin vacibliyi qeyd olunub.

İclasda pilot layihə ilə əlaqədar zəruri hidrometeoroloji məlumatlarınəldə edilməsi, mülkiyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Layihənin reallaşmasına təsir edə biləcək texniki məsələlərlə bağlı ekspertlər səviyyəsində görüşlərin keçirilməsi tövsiyə edilib.

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihənin icrası müzakirə edilib/




İnform.az


Baxış sayı: 295