Elm-təhsil
18.01.2019 / 16:00

Fizika İnstitutunda 20 şəhidlərinin xatirəsi anılıb

Fizika İnstitutunda 20 şəhidlərinin xatirəsi anılıbAzərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

İnstitutun İctimaiiyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O bildirib ki, Sovet Rusiyası dəfələrlə azərbaycanlılara qarşı qırğın törədib.

80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başladılar. C.Abdinov 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb.

Ümumiyyətlə, 20 Yanvar facicəsi zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200-ə yaxın ev isə dağıdılıb.

20 Yanvar hadisəsindən sonra Sovet hökümətinin süqutu sürətləndi. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.

Ümummilli lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı.

C.Abdinov Azərbaycanın mütəqillik tarixindən danışıb və gələcək nəsillərin şanlı tarixi unutmamalı olduğunu qeyd edib.

Çıxışın sonunda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad olunublar.



İnform.az

Baxış sayı: 132