Hüquq
31.07.2015 / 16:39

Baş Prokurorluqda müşavirə

Baş Prokurorluqda müşavirə

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətindən 96 hadisənin açılması təmin edilib.

Bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda bu gün keçirilən geniş əməliyyat müşavirəsində məlumat verib

Baş prokurorun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

İnform.az

Baxış sayı: 339