Hüquq
18.01.2019 / 14:10

Avtomobildə xeyli sayda mobil telefon aksesuarları aşkarlanıb

Avtomobildə xeyli sayda mobil telefon aksesuarları aşkarlanıbQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Vaz-21214" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük bəyannaməsinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, sorğu-sual vaxtı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin yük yerində xüsusi hazırlanmış gizli saxlanc yerində müxtəlif markalı mobil telefonlara aid 37 ədəd qutu, 37 ədəd qulaqlıq, 37 ədəd yükləyici və 37 ədəd USB kabeli aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




İnform.az

Baxış sayı: 113