Baş xəbər, İqtisadiyyat
18.01.2019 / 17:20

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşibOPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.

OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olan məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.
Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib.

2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.


İnform.az


Baxış sayı: 208