Elm-təhsil
17.01.2019 / 17:00

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/ FOTO

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/
Konfransda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.f.d. dosent Mahir Hacıyev, institutun elmi işlər üzrə direktor müavini, a.e.f.d., dosent Fizuli Mirzəyev, Göygöl rayon Veteranlar Şurasının sədri Azadxan Haqverdiyev, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov və kafedranın baş müəllimi Azər Axundov,Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.

İnstitutun İnformasiya təminatı şöbəsidən İnform.az-a verilən məlumata görə, 20 Yanvar şəhidləri, eləcədə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əbədi xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.f.d. dosent Mahir Hacıyev 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışdı, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb.

Mahir Hacıyev istirakçıları tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa çağırıb.

Daha sonra çıxış edən natiqlər bildirdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.

O, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Fizuli Mirzəyev söylədi ki, qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir və 20 yanvar hadisələri xalqımızın qan yaddaşında əbədi yaşayacaöını vurğulayıb.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib/



İnform.az

Baxış sayı: 116