Hüquq
18.01.2019 / 13:50

17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbQaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postundaBakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-ni Mətbuat xidmətindən İnform.az- verilən məlumata görə, onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb.Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb



İnform.az




Baxış sayı: 121