İdman
18.01.2019 / 15:30

Qadın güləşçilərimiz Kayseridə toplanış keçir/ VİDEO

Qadın güləşçilərimiz Kayseridə toplanış keçir/
Qadın güləşçilərdən ibarət yığmamız 2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyədə keçir.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yanvarın 16-dan baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Kayseridə hazırlığa start verən millimiz ayın sonunadək burada əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində məşqlərini davam etdirəcək. Toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə keçirilir.

Qeyd edək ki, komandamız toplanışı başa vurduqdan sonra fevralın ilk günlərində Fransanın Nitsa şəhərində təşkil olunacaq "Qran-pri"də qüvvəsini sınayacaq.






İnform.az

Baxış sayı: 176