Baş xəbər, Hüquq
18.01.2019 / 15:20

XX əsrin 20 yanvar faciəsi/ FOTO

XX əsrin 20 yanvar faciəsi/
Astara Rayon Polis Şöbəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Rayonda yaşayan şəhid ailələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb.

Bu hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlsə də, yaşanan amansız qətliam Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi.

Xalqımız bununla Vətənimizin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya sübut edib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Faciənin ertəsi günü ulu öndər Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri sərt tənqid edib. Ümumilli lider xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb.

Daha sonra çıxış edən tarixçi Mircəfər Babazadə 29 il əvvəl baş verən qanlı Yanvar hadisələrindən geniş söhbət açdı, silahlı əsgərlərin, tankların qarşısına əliyalın çıxan oğul və qızlarımızın göstərdiyi şücaətin heç vaxt unudulmayacağını bildirdi.

Xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

XX əsrin 20 yanvar faciəsi/


XX əsrin 20 yanvar faciəsi/





Məhəmməd Rzayev/DİN-nin Mətbuat xidmətinin əməkdaşı


Baxış sayı: 207