Şərhlər
18.01.2019 / 14:20

Hamı yapışıb "ifrat" sözündən...

Hamı yapışıb "ifrat" sözündən...
Gunay Yelmarqizi


Bir dövlət qurumunun işə bu qədər məsuliyyətlə yanaşması ironiyaya və lağa qoyulmağa yox, hörmətə layiqdir məncə.


Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq olundu, nə gözəl. Nəticədə Xəzərdə faciə yaşanmadı, damı uçan orta məktəbdə şagirdlər olmadı, xəsarət alanların sayı cəmi 5 nəfər oldu, daha çox ola bilərdi. Küləyin vurduğu bütün ziyanlar operativ şəkildə aradan qaldırıldı.

Aidiyyatı dövlət qurumları bir-biri ilə əlaqədə çox operativ işlədilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi operativ qərargah yaratdı, vəziyyətlə bağlı ictimaiyyətə operativ məlumatklar çatdırıldı. Arzuladığımız, istədiymiz bu deyildimi həmişə?

Qurumlar vaxtında xəbərdarlıq etsin, iş-işdən keçmədən tədbirlər görülsün. Etdilər də.

İndi nədən narazıyıq?

Hamı yapışıb "ifrat" sözündən. Bu, dünyada hava şəraitinin qiymətləndirilməsində işlənən termindir.

Bizdə gözlənilən hava şəraiti ilə bağlı ümumi standartlarda bu qiymətləndirmə uyğun gəldiyi üçün "ifrat təhlükəli hava şəraiti" kimi xəbərdarlıq olunub. Heç kim Bakıda güclü qar olacaq deməmişdi. Bakı dağılacaq deməmişdi.

Əsasən dənizdə güclü külək olacaq deyilmişdi. Paytaxtda və bölgələrdə ola biləcək fəsadlarla bağlı xəbərdarlıq edilmişdi. Və proqnozlar deyildiyi kimi oldu. Mən şəxsən xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işini bir sıravi vətəndaş kimi çox bəyəndim.

Ümid edirəm ki, bundan sionra da bütün qurumlar belə operativ və məsuliyyətlə çalışacaqlar. Proqnoz ehtimaldır. Onun əksi də ola bilər, çox ciddi fəsadları da. Nə yaxşı gözlənilən hava şəraiti insanlara çox ciddi ziyan vuracaq həddə olmadı, nə yaxşı dənizşçilər vaxtında təxliyyə edildi.

Mən şəxsən buna çox sevindim. Bakının dağılmağın gözləyənlər bağışlasınlar...

Facebookda "klaviatura qəhrəmanları"ndan ibarət bir qrup formalaşıb - Hər şeydən narazılar, hər şeyə qulp qoyanlar...



İnform.az

Baxış sayı: 92