Sosial
18.01.2019 / 12:40

Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcək

Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcəkÖlkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.



İnform.az



Baxış sayı: 128