Sosial
18.01.2019 / 12:10

17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib- ETSN

17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib-Yanvarın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlanıb.

İnform.az
bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyüAğdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub.



İnform.az

Baxış sayı: 125